Gündəm

Son 30 ildə ilk dəfə Şuşada yamac paraşütündən uçuş həyata keçirilib

“2022-ci il Şuşa İli” çərçivəsində Şuşa şəhərində son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib.

APA xəbər verir ki, uçuşun videosunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz “twitter“ hesabında paylaşıb. Uçuş şəhərin ən yüksək nöqtələrindən olan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.

Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib.

Qeyd edək ki, dünya paroplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.

Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button