Cəmiyyət

Son 3 ayda Bakıdakı yol qəzalarında 52 nəfər ölüb

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi son 3 ay ərzində Bakı şəhərində baş verən yol qəzalarının sayını açıqlayıb.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, 2022-ci ilin yanvar-mart aylarında 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 52 nəfər ölüb, 96 nəfər yaralanıb.

“Bakıda son 3 ay ərzində avtobuslarla 2 yol qəzası baş verib, ölən olmayıb, 2 nəfər xəsarət alıb.

Yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Mopedlərlə 5 hadisə olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Motosikletlə 1 hadisə olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Velosipedlə 1 hadisə olub, 1 nəfər yaralanıb. Azyaşlılarla bağlı 6 hadisə olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət həddinin payı var.

Son 3 ay ərzində 89 piayada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma hadisələri çoxalıb”, – A.Əsgərli deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button