Dünya

Somalidə terror aktının təşkilatçısı məlum olub

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktına görə məsuliyyəti “Aş-Şəbab” terror təşkilatı üzərinə götürüb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

Terrorçular Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının (AMİSOM) karvanı yolunda minalanmış avtomobili partladıblar.

Yaralılardan bəziləri Rəcəb Tayyib Ərdoğan adına Xəstəxanaya aparılıb.

“Aş-Şəbab” terrorçuları Şərqi Afrika ölkəsində təhlükəsizlik qüvvələrinə və mülki insanlara tez-tez hücumlar təşkil edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button