Dünya

Somalidə silahlılar Quriel şəhərini yenidən tutublar, döyüşlərdə ölənlər var

Somalidə silahlı qruplaşma üzvləri ölkənin mərkəzindəki Quriel şəhərini yenidən ələ keçirib.
“Report” xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.
Məlumata görə, silahlılar səhər saatlarında hökumət qüvvələri tərəfindən Qurieldən qovulduqdan sonra axşam saatlarında əks-hücuma keçiblər. Nəticədə Qalmuduq əyalətində strateji baxımdan əhəmiyyətli olan Quriel şəhəri yenidən onların əlinə keçib.
Hökumət qüvvələri ilə gün ərzində davam edən küçə döyüşlərində 12 nəfər ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button