Dünya

Somalidə restoranda partlayış olub, ölənlər və xəsarət alanlar var

Somalinin mərkəzində partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Beledveyne şəhərindəki restoranların birində olub. Hadisə nəticəsində azı iki nəfərin öldüyü bildirilir. Qeyd edilir ki, partlayış zamanı daha bir neçə nəfər xəsarət alıb.
Partlayışın baş verdiyi restoran şəhər polis idarəsinin yanında yerləşir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button