Mədəniyyət

Sofiyada “Arşın mal alan” operettasının bolqar dilində premyerası keçirilib

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 23 mart 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən Dövlət Musiqi və Balet Mərkəzində Bolqarıstanın Kırcalı şəhəri Teatr-Musiqi Mərkəzinin səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Novruz bayramı günlərinə təsadüf edən Azərbaycan operettasının bolqar dilində ilk təqdimatında Bolqarıstan Respublikasının hökumət nümayəndələri, parlament üzvləri, tanınmış ictimai-siyasi nümayəndələr, diplomatik nümayəndəliklərin rəhbərləri, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri və Bolqarıstanda yaşayan Azərbaycan diasporu üzvləri iştirak edib.

Bolqarıstanın incəsənət nümayəndələri tərəfindən məharətlə səhnələşdirilmiş Azərbaycan operettasının bolqar dilində premyerası yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button