Cəmiyyət

Şirvanda yeni məktəbin açılışı olub

Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün tikilən yeni tədris binasının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak edib.
Bildirilib ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.
2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button