Siyasət

SIRA FƏZAİL AĞAMALIYA ÇATDI: MSK 11 məntəqədə nəticələri ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Aytən Qurbanovanın, Kamil Müsavi  və digərlərinin müraciətinə baxılıb

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətlər dairə üzrə eyni seçki məntəqələrini əhatə etdiyindən və eyni məzmunda olduğundan bir icraatda birləşdirilib:

“Araşdırma zamanı müvafiq dairədən bütün sənədlər tələb olunub. Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəəqlərində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Qeyd etdiyim seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button