Cəmiyyət

Siniflərdə partaların bir-birindən 1,5 metr aralıda düzülməsi tələbi ləğv edilib

Tədris (sinif) otağına və müəllim otağına dair tələblərdən biri ləğv edilib.
“Report” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.
Qərara dəyişikliklə, partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsinin təmin edilməsi tələbi aradan qaldırılıb. Yeni qaydaya əsasən isə dərs (məşğələ) müddətində təhsil alan onun üçün müəyyənləşdirilmiş yerdə oturmayacaq.
Digər bir dəyişikliklə yataqxanada çarpayıların ən azı 1,5 metr məsafə ilə yerləşdirilməsi tələbi ləğv edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button