Mədəniyyət

Şeyx Heydərin Xızıdakı türbəsi baxımsız vəziyyətə düşüb

Şeyx Heydərin (Şah İsmayıl Xətainin atası) Xızı rayonunun Tıxlı kəndi ərasizində yerləşən türbəsi baxımsız vəziyyətə düşüb.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

Türbə bir neçə ildir ki, dağılıb, lakin hələ də təmir olunmayıb.

Bununla yanaşı, ərazidə həmin dövrə aid məzar daşları da dağılıb.

Qeyd edək ki, Şeyx Heydərin məqbərəsi Xızı rayonunun Tıxlı kəndində Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə süls elementli nəsx xətti ilə həkk olunub. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button