İdman

Serxio Aquero 10 nömrəli formanı istəməyib

“Barselona” Lionel Messinin gedişindən sonra boş qalan 10 nömrəli formanı digər argentinalı Serxio Aqueroya təklif edib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu bu addımı vitse-kapitanı Jerar Pikenin məsləhəti ilə atıb.
Lakin yeni transfer bunu qəbul etməyib. 33 yaşlı forvard bu nömrənin məsuliyyətinin ağır olduğunu bildirib. Bu üzdən o, 19 nömrə altında oynamaq qərarına gəlib.
Qeyd edək ki, Lionel Messi bir neçə gün əvvəl PSJ-yə keçib. Serxio Aquero isə bu yay “Mançester Siti”ni “Barselona”ya dəyişib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button