Dünya

Serj Sarqsyanın qardaşı qızı Baş Prokurorluqla məhkəmə çəkişməsinə başlayır

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı qızı Ani Sarqsyan ölkənin Baş Prokurorluğunu məhkəməyə verib.
Bu barədə Report” məhkəmə-hüquq informasiya saytı “Datalex.am”a istinadən xəbər verir.
Sarqyan məhkəməyə 7 oktyabr 2020-ci il prokuror tərəfindən qəbul edilmiş əmlakının yoxlanılması qərarının ləğv olunması tələbi ilə müraciət edib.
Qeyd edək ki, Ani, qardaşı Narek və atası Levon Sarqsyan qanunsuz yolla varlanmada, əmlakın gizlədilməsində ittiham olunurlar.
Onun atası Levon Sarqsyan barəsində axtarış elan edilib.
Ani və Narek Sarqsyan ev dustağıdırlar. Ani Sarqysan iyulda prokurorluğa çağırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button