Dünya

Sergey Lavrovla “Taliban” nümayəndələri arasında görüş başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada səfərdə olan “Taliban”ın müvəqqəti hökumətinin nümayəndələri arasında görüş başlayıb.
“Report” TASS-a istinadən bildirir ki, görüş hazırda “Prezident” otelində, bağlı qapılar arxasında davam edir.
İkitərəfli müzakirələr yekunlaşandan sonra danışıqların Əfqanıstan üzrə Moskva formatı (regionun on ölkəsi) çərçivəsində davam etdiriləcəyi gözlənilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button