İqtisadiyyat

“Saxo Bank” “Şimal axını-2″nin qazın qiymətlərinə təsirini dəyərləndirib

“Şimal axını-2” qaz kəmərinin bu ilin IV rübündə istifadəyə verilməsi qazın qiymətlərini tarixi səviyyələrə endirə bilər.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Saxo Bank”ın (Danimarkanın investisiya bankı) proqnozunda deyilir.
Bazar ertəsi “Şimal axını-2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkəti növbəti sınaq üçün boru kəmərinin birinci qolunun doldurmasına start verdiyini elan edib.
“Rusiya IV rübdə “Şimal axını-2″ boru kəmərini işə sala bilsə, bu, təbii qazın qiymətlərinin tarixi səviyyələrə enməsinə səbəb ola bilər”, – ekspertlər hesabatda qeyd olunub.
“Saxo Bank”ın xammal bazarı üzrə strategiyalar şöbəsinin müdiri Ole Hansen qeyd edib ki, qışın mülayim keçmədiyi və ya Avropaya qaz tədarükünün artmadığı (məsələn, Rusiyadan “Şimal axını-2” qaz kəməri vasitəsi ilə) təqdirdə avropalı istehlakçılar və enerjini çox tələb edən sənaye sahələri enerji daşıyıcılara olan yüksək xərclərlə üzləşə bilər.
Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. Bu yaxınlarda “Qazprom” bildirib ki, kəmərin birinci xətti demək olar istismara hazırdır – buraxılış-sazlama işləri başa çatmaq üzrədir, ikinci xəttin tikintisi isə son mərhələdədir.
Qeyd edək ki, bu gün Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 360,6 dollar təşkil edib, bu da bazar ertəsi üzrə hesablama qiyməti (1 160 dollar) ilə müqayisədə 17% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button