Dünya

“Saxo Bank”: Gələn il neft 100 dollaradək bahalaşa bilər

Gələn ilin I rübündə neftin bir barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Danimarkanın “Saxo Bank” investisiya bankının investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib.

Onun fikrincə, neftin bahalaşması hələ də davam edəcək: “Neftin bir barelinin qiymətinin 100 dollardan çox olacağına təəccüblənmərəm. 2022-ci ilin I rübündə biz dəqiq bunun şahidi olacağıq”.

Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 2,53% azalaraq 1 barelə görə 80,14 dollar təşkil edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,01% azalaraq 76,03 dollardır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button