Dünya

Şanxayda tayfuna görə 330 mindən çox insan təxliyə edilib

Şanxay hökuməti “Çantu” qasırğasına görə şəhərin potensial təhlükəli sahil bölgələrindən təxminən 331 min insanı təxliyə edib.
“Report”un məlumatına görə, bu barədə “Pengpai” nəşri təbii fəlakətin mənfi nəticələrinin qarşısını almaq üçün əməliyyat qərargahına istinadən xəbər verir.
Hazırda güclü tayfun kimi təsnif edilən “Çantu”nun mərkəzi hissəsində küləyin sürəti təxminən 42 m /s-dir.
Tropik siklon hazırda Şanxaydan 117 km şərqdə yerləşir və təxminən 5 km / saat sürətlə şimala doğru hərəkət etməkdə davam edir.
Son bir gündə tayfun səbəbiylə 100 -dən çox turistik yer işini dayandırıb, Pudun hava limanı yerli vaxtla saat 11:00 -dan (Bakı vaxtı ilə 07:00) bütün uçuşları ləğv edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button