İqtisadiyyat

Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumu gələn il Özbəkistanda keçirilə bilər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İqtisadi Forumunun gələn il Özbəkistanda keçirilməsini təklif edib. Ölkə ŞƏT-in Sənaye Əməkdaşlıq Proqramının qəbulunu sürətləndirməkdə israrlıdır. Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.
“Biz gələn il Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumu və sənaye yenilikləri həftəsini keçirməyə hazırıq”, – deyə Ş. Mirziyoyev Düşənbədə keçirilən ŞƏT ölkələrinin Başçıları Şurasının iclasında çıxış edərkən bildirib.
Özbəkistan Prezidenti ŞƏT-in sənaye əməkdaşlığı proqramının qəbulunun sürətləndirilməsinin vacibliyini qeyd edib.
“Onun həyata keçirilməsinin praktiki mexanizmi ölkələrimizdə əməkdaşlıq mərkəzlərinin yaradılması olacaq”, – deyə Ş. Mirziyoyev əlavə edib.
Qeyd edək ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən qurulan beynəlxalq bir təşkilatdır. ŞƏT-in müşahidəçi ölkələri Əfqanıstan, Belarus, İran və Monqolustandır, tərəfdaş ölkələri isə Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır. 2021-ci ildə təşkilata Tacikistan sədrlik edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button