Cəmiyyət

Sanator Kurort Reabilitasiya Mərkəzinə müraciət edən qazilərin sayı açıqlanıb

“Ötən ilin noyabr ayından bu günə qədər Sanator Kurort Reabilitasiya Mərkəzinə 1300-dən artıq qazi müraciət edib”.
“Report” xəbər verir ki, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.
Onun sözlərinə görə, mərkəzə əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya, monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir: “Müraciətçilər arasında 700-dən çox qazidə kəllə-beyin travması müşahidə olunub. 400 nəfərdə isə onurğa-beyin zədələnməsi olub”.
M.Mürsəlov bildirib ki, hazırda mərkəz sırf qazilər üçün xidmət göstərir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button