İqtisadiyyatManşet

Samir Şərifov azad olunmuş ərazilərinin bərpasını gələn il üçün əsas prioritet adlandırdı

Gələn ilin dövlət büdcəsinin xərcləri müstəqillik tarixində indiyə qədər ən böyük xərclər olan büdcədir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır: “Sürətli inkişaf və bərpa dövrü başlanıb. İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir. Bərpa prosesi sürətli və əzəmətlidir. Dövlət başçısının tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub”.

Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat heçmində, xərclər isə 29 milyard 879 milyon manat həcmində proqnozlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button