İdman

Şamaxıda futbol məktəbi fəaliyyətə başlayıb

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şamaxı şəhərinə səfər edib.

Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, Məmmədov Şamaxı şəhər stadionunda AFFA-nın təsis etdiyi futbol məktəbinin məşqini izləyib.

Məktəbin koordinatoru Vəli Qasımov burada hazırlıq keçən uşaqlar və seleksiya prosesi barədə məlumat verib.

Qeyd edək ki, Vəli Qasımovla yanaşı, məktəbdə Şamaxını təmsil edən daha üç nəfər məşqçi fəaliyyət göstərir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button