Cəmiyyət

Salyanda avtomobil 16 yaşlı gənci vuraraq öldürüb

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Düzənlik kəndində qeydə alınıb.
Rayonun Xalac kənd sakini, 1958-ci il təvəllüdlü Babayev Siyasət Hüseynağa oğlu idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən Düzənlik kənd sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button