Cəmiyyət

Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb

Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.

Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, hazırda onun səhhəti normaldır.

Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button