İdman

Salah Vardinin rekordunu təkrarlayıb

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, misirli hücumçu ardıcıl 15-ci oyunda qol vurulmasında pay sahibi olub.

O, XVII turun “Nyukasl”la görüşündə rəqib qapısına yol tapıb. 29 yaşlı forvard son 15 matçda 14 qol və 7 assistə imza atıb.

Salah bununla da Ceymi Vardiyə məxsus rekordu təkrarlayıb. “Lester”in hücumçusu da ardıcıl 15 görüşdə qol və ya assistlə fərqlənib.

“Nyukasl” üzərində 3:1 hesablı qələbə “Liverpul” üçün də tarixi əhəmiyyət kəsb edib. Mersisaydlılar İngiltərə çempionatları tarixinə yüksək dəstə 2000 qələbə qazanan ilk komanda kimi düşüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button