Cəmiyyət

Sakinlərin 30 illik cəhənnəmi: məişət tullantıları poliqonu

Kürdəmirdə məişət tullantıları poliqonunda antisanitariya vəziyyəti, üfunət və kəskin qoxu oraya yaxın ərazilərdə yaşayan insanların narazılıqlarına səbəb olub.
“Report”un yerli bürosu xəbər verir ki, ərazidə yaranmış antisanitariya vəziyyəti insan həyatı üçün əsl təhlükə mənbəyidir.
Əhali ən çox da bu poliqondakı məişət tullantılarının yandırıldığı vaxt vəziyyətin daha da gərginləşdiyini deyir. Yandırılan poliqondan ayrılan qara tüstü və toz-duman evlərə dolur. Sakinlər ocaqdan ayrılan qığılcımların isə yaşadıqları evdə yanğına səbəb ola biləcəyindən qorxurlar.
Məişət tullantıları poliqonunun yaxınlığında yaşayan insanların öz dili ilə desək, bu cəhənnəm 30 ilin məhsuludur. Buradakı fərdi yaşayış evləri son 10 – 15 ildə tikilən evlərdir. Yəni narazılıq edən insanlar 15-20 illik məişət tullantıları poliqonunun yaxınlığında özlərinə ev tikiblər.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə inzibati ərazi dairəsi nümayəndəsi İlqar Salmanov isə “Report”un yerli bürosuna bildirib ki, buna baxmayaraq, hər şeydən əvvəl insanların rahatlığı, təhlükəsizliyi və rifahı naminə yaranmış problem qısa müddət ərzində aradan qaldırılacaq.
Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlayacağıq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button