Mədəniyyət

Şair və Müdrik” kitabının təqdimatın keçirib (FOTO)

Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Baş Assambleyası çərcivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatın keçirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin Nizami Gəncəvi 880 illiyinin qeyd olunması sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm-sədri, Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin tərəfindən Nizami Gəncəvi: Şair və Müdrik kitabı çap olunmuşdur. Kitabda əksini tapan illustraeiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilmişdir.

Təqdimatda BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İzrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen Ivanic, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Grabar Kitaroviç, Bosniya və Herzegovinanın sabiq Baş Naziri Zlatko Lagumdzija, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdilər.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button