İdman

Şahmatçılarımız bürünc medal qazandı

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatı davam edir.

Qol.az xəbər verir ki, kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün 9-cu turun görüşlərini keçiriblər. Kişilərdən ibarət yığmamız Fransa qarşılaşıb. Oyun rəqiblərin qələbəsi ilə yekunlaşıb – 2,5:1,5.

Şahmatçılarımızdan Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub.

Bu nəticə Azərbaycan yığması ilk 3-lükdən kənarda qalıb və 12 xalla 5-ci yeri tutub. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb.

Qadınlardan ibarət yığmamız isə Niderland üzərində qələbə qazanıb – 2,5:1,5. Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib. Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib olub.

Daha əvvəl Azərbaycan komandası 2019-cu ildə Avropa çempionatının bürünc medalçısı olub.

Avropa çempionatı, 9-cu tur
21 noyabr

Kişilər

Fransa – Azərbaycan – 2,5:1,5

Alireza Firuzca – Şəhriyar Məmmədyarov – 1:0

Maksim Vaşye-Laqrav – Teymur Rəcəbov – 0,5:0,5

Maksim Laqarde – Rauf Məmmədov – 0,5:0,5

Jil Mussar – Nicat Abbasov – 0,5:0,5

Qadınlar

Azərbaycan – Niderland – 2,5:1,5

Günay Məmmədzadə – Jaogin Penq – 1:0

Gülnar Məmmədova – Elin Roebers – 0:1

Ülviyyə Fətəliyeva – Maçteld Van Forest – 1:0

Gövhər Beydullayeva – Tea Lançava – 0,5:0,5

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button