İqtisadiyyat
Şahin Mustafayev: “Pandemiyaya baxmayaraq İran-Azərbaycan arasında ticarət əməliyyatları dayandırılmayib”

“Azərbaycan və İran arasında ötən il ərzində ticarət dövriyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30 %-ə yaxin artıb”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.
“Pandemiyaya baxmayaraq İran və Azərbaycan arasında idxal-ixrac əməliyyatları, avtomobil daşımaları dayandırılmayib”, – deyə o qeyd edib.