Cəmiyyət

Sahibkar direktoru ittiham edir – Prezidentə müraciət

Sahibkar Novruz Gülməmmədov Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət edib. O, müraciətin bir surətini də JAMAZ.info-ya göndərib.

Sahibkar yazır ki, Ağsu və İsmayıllı rayonlarının sərhədində yerləşən, “Basqalaltı” adlanan ərazidə “Şölətoğlu” İstirahət Mərkəzi açıb.  Müxtəlif vaxtlarda yerli orqanlar onun fəaliyyətimə maneələr yaratmağa cəhd ediblər: “Belə maneələrin birini də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xitmətinin Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin  rəhbərliyi yaradır. İstirahət Mərkəzinin müəyyən bir qismi Meşə fondunun ərazisinə düşür. Həmin ərazi üzrə müqaviləm var. Amma Şamaxı Regional Meşə təsərrüfatı birliyinin direktoru Əfqan Qəribov vaxtı bitmiş müqaviləni yeniləmək istəmir. Müqavilə əvəzinə onunla qeyri-rəsmi analşmamı tələb edir. Mən vergi ödəyicisiyəm. Həmin obyektdən bir neçə ailə evinə çörəkpulu aparır. Obyektin bağlanmaması xatirinə Əfqan Qəribova bir neçə dəfə onun tələb etdiyi məbləği verməyə məcbur olmuşam. Bir dəfə Xanmusa adlı meşəbəyi  vasitəsi ilə 1000 manat, bir dəfə də Sabir adlı meşəbəyi  vasitəsi ilə  600 manat Əfqan Qəribova pul vermişəm. Növbəti dəfə məndən 500 manat tələb edəndə mən qanuni şəkildə  müqavilə ilə dövlətə rüsum ödəyəcəyimi bildirdimş O, isə  “dövlət elə mənəm, sən məni deyəsən yaxşı tanımırsan” deyərək məni hədələdi.  Bu yaxınlarda mənə Əfqan Qəribovun imzası ilə Şamaxı Regional Meşə Təsərrüfatı Birliyindən bir məktub gəlib. Guya mən İstirahət Mərkəzi ərazisində ağaclar kəsmişəm və ona görə cərimə olunmuşam. Halbuki həmin ərazidə mən 18 000 ədəd gül kolları və ağac bitkisi əkmişəm. Əfqan Qəribovun meşələrə necə divan tutması, meşə zolaqlarında narkotik bitkilərin qanunsuz  becərilməsinə necə şərait yaratması barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin faktların biri 2020-ci ilin may ayında aşkarlanmışdı. O zaman Daxili İşlər Nazirliyi  İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində meşə zolağında Zərdab rayon sakini Qazıyev Zaur Faiq oğlu və İsmayıllı rayon sakini İsmayılov Elman Süleyman oğlunun 2457 ədəd narkotik bitki olan çətənə kolu və 6 kiloqram qurudulmuş marixuana ilə tutulmaları barədə rəsmi açıqlama verdi.  Həmin meşə zolağının meşəbəyisi kim olsa yaxşıdır? Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin direktoru Əfqan Qəribovun doğmaca qardaşı Rövşən Qəribov… Bu azmış kimi Əfqan Qəribov köhnə tarixə yəni, mart ayında qardaşının işdən çıxması barədə əmr verib. Amma indi hər şey elektron sistem olduğu üçün Nazirliyin bütün sənədlərində həmin dövrdə Rövşən Qəribovun işlədiyi barədə, onun əmək haqqı alması haqda sübutlar var.  Bu işlərdə Əfqan Qəribovun bir arxalandığı şəxs də onun əmisi Cabbar Qəribovdur. Sonuncu şəxs Ekologiya və Təbiİ Sərvətlər Nazirliyində mühüm bir post tutur. Bundan əlavə onun himayəçisi kimi nazirlikdə yüksək vəzifə tutan tələbə yoldaşının olduğu bildirilir”.

Novruz Gülməmmədov müraciətdə qeyd etdiyi faktların araşdırılması üçün  xüsusi komissiya yaradılmasını xahiş edir: “Eyni zamanda bu işi tam nəzarətinizdə saxlamağı sizdən rica edirəm.  Əfqan Qəribovun  özü dediyi kimi əli çox uzundur. Məndə olan məlumata görə qardaşını o narkotik qalmaqalından uzaq saxlamaq bir yana, həmin işin ort-basdır edilməsinə də nail olub”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button