Cəmiyyət

“Şahdağ”da COVID pasportları üçün vahid yoxlama məntəqəsi yaradılıb

“Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların COVID-19 pasportlarının yoxlanılması məqsədilə vahid yoxlama məntəqəsi yaradılıb. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

“Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən vahid yoxlama məntəqəsinin formalaşdırılmasında əsas məqsəd qonaqların yoxlamadan yalnız bir dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz girişini təmin etməkdir.

Turizm mərkəzinin girişində yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportu yoxlanılır, peyvənd pasportuna malik olmayan qonaqlardan COVID-19-a qarşı immunitet və ya əks göstəriş sertifikatı tələb olunur.

Qeyd edək ki, əcnəbi vətəndaşlar xaricdə onlara verilmiş COVID pasportlarından istifadə edə bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button