Siyasət

Sabahkı Moskva görüşündən nə gözlənilir? – Ortaq bəyanat imzalana bilər

Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşü zamanı heç bir sənədin imzalanması gözlənilmir.

Savash.org-un məlumatına görə, bu barədə Ermənistan liderinin mətbuat katibi Mane Gevorqyan öz “Facebook” hesabında yazıb.

“İclas zamanı gündəlikdəki iqtisadi məsələlər, məhkumların mübadiləsi, itkin düşənlərlə bağlı razılığa gəlmək mümkün olsa, görüşün nəticələri ilə bağlı ortaq bəyanat imzalana bilər.

Üçtərəfli görüşün əvvəlcədən planlaşdırılan gündəliyinə iqtisadi əlaqələrin, Ermənistandan Rusiyaya, İrana, habelə Ermənistanın mərkəzi hissələrindən Sünik (Zəngəzur – red.) bölgəsinə beynəlxalq yük daşımalarının açılması məsələləri daxildir.

Bəziləri davamlı olaraq “Mehri Dəhlizi” mövzusunu gündəmə gəzdirir, lakin dəfələrlə qeyd edildiyi kimi, 9 noyabr tarixli üçtərəfli bəyanatda Mehri və ya Ermənistan ərazisindən bir dəhliz yaradılmasına dair hər hansı bir müddəa yoxdur”, – deyə Gevorqyan bildirib.

Qeyd etmək lazımdır ki , Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün, habelə ayrı-ayrı Putin-Paşinyan, Putin-Əliyev görüşlərinin 11 yanvar tarixində Moskvada keçirilməsi planlaşdırılır. Ermənistan müxalifəti Paşinyanın Moskvaya uçuşunun qarşısını almaq üçün “Zvartnots” hava limanına aparan yolu bağlayacağını açıqlayıb.

ProPress.az Media Portalı – Bütün hüquqları qorunur © Saytdakı məlumatlardan istifadə zamanı hiperlinklə istinad mütləqdir!



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button