İqtisadiyyat
Sabahdan Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa ediləcək

İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq yenidən sərnişinlərimizin xidmətində olacaq.