Dünya

Sabah Türkiyə hökumətinin iclası keçiriləcək, Ermənistanla münasibətlərin normallaşması müzakirə olunacaq

Sabah Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Toplantının gündəliyi məlum olub.

İclasda Ermənistanla diplomatik əlaqələrin bərpasında son durum, Rusiya ilə Ukrayna arasındakı gərginlik, terrorla mübarizə və digər məsələlər müzakirə olunacaq.

Eyni zamanda, BƏƏ ilə münasibətlər, Rusiya Prezidenti Vladimir Putinin və İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə nəzərdə tutulan səfəri ilə bağlı da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu iclası iki həftə əvvəl keçirilmişdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button