Cəmiyyət

Sabah rayonlara yağış yağacaq

Dekabrın 14-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button