Dünya

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Rusiyanın paytaxtı Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, bölgənin 10 ölkəsinin təmsilçisi və “Taliban” nümayəndə heyətinin iştirak edəcəyi bildirilib.
Vurğulanıb ki, görüş zamanı Əfqanıstanda hərbi-siyasi vəziyyətin inkişaf perspektivləri və inklüziv hökumətin qurulması müzakirə olunacaq.
“Bu ölkədə humanitar böhranın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi məsələlərinə də toxunulacaq. Görüşün yekununda birgə bəyanatın qəbul edilməsi planlaşdırılır”, – XİN-dən qeyd olunub.
11:33
Rusiyanın paytaxtı Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tədbirə “Taliban” nümayəndələri də qatılacaqlar.
Görüşün tarixi hələlik açıqlanmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button