Gündəm

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu tutulma tam Günəş tutulmasıdır.

Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button