Cəmiyyət

Saatlı rayonunda COVİD-19-la bağlı maarifləndirmə tədbirləri keçirilib

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə COVİD 19 pandemiyasına qarşı planlaşdırılmış Saatlı, Sabirabad və İmişli rayonlarında “Ucqar rayonlarda COVİD-19 əleyhinə peyvənd olunmanın təbliği” layihəsini uğurla icra edir.

Layihə çərçivəsində 08.04.2022 -ci il tarixdə Saatlı rayonunda ticarət mərkəzlərinin qarşısında, insanların daha çox toplaşdığı parklarda insanlar arasında və eləcədə gnclər arasında COVİD-19 əleyhinə vaksin olunmanın təbliği ilə bağlı maarifləndirmə yönümlü məlumat materialları paylanılmış, plakatlar asmılmış, COVİD-19 -dan qorunmanın və yoluxma yolları haqqında insanların daha artıq bilgilərə malik olmalarına nail olmaq üçün geniş təbliğat işləri aparılmışdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button