Dünya

Saakaşvilinin keçmiş həyat yoldaşı danışdı: “Onun evlənməyi mənim üçün gözlənilməz oldu”

“Mixeil Saakaşvili siyasi məhbusdur və Gürcüstan vətəndaşı kimi onun azad edilməsi ilə bağlı tələbi tam dəstəkləyirəm”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu M.Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs feysbuk hesabında yazıb.
Keçmiş birinci xanım bildirib ki, dostları və tərəfdarları ondan şəxsi həyatı barədə maraqlanırlar: “Cümə günü (oktyabrın 1-də-red.) yayılan videonun məzmununun mənim üçün gözlənilməz, formasının isə qətiyyən yolverilməz olduğunu gizlətməyəcəyəm”.
S.Rulofs qeyd edib ki, şəxsi emosiyalarına baxmayaraq, sakitliyini qoruyub saxlayır: “İnanıram ki, biz bu mübarizədən qalib kimi çıxacağıq”.
Qeyd edək ki, oktyabrın 1-də Gürcüstanın keçmiş prezidenti Tbilisidə saxlanılandan sonra onun feysbuk səhifəsində ukraynalı deputat Yelizaveta Yasko ilə videosu paylaşılıb. Videoda onların ailə qurduğu bildirilib.
M.Saakaşvili 1990-cı illərin ortalarından S.Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button