Dünya

Saakaşvilinin anası Ukraynadan Gürcüstana gəlib

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya cümə günü axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdən Tbilisiyə gəlib.
Bu barədə “Report” Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qiuli Alasaniya hava limanında jurnalistlərə bildirib ki, oğlunun həbsi onun üçün gözlənilməz olub.
“Oğlumla sonuncu dəfə bir neçə gün əvvəl danışdım və əmin idim ki, o, Ukraynadadır. Onun həbsi mənim üçün tamamilə gözlənilməz oldu və təyyarə ilə Tbilisiyə uçmağa qərar verdim”, – Alasaniya deyib.
Qadının sözlərinə görə, o, oğlunun planları haqqında heç nə bilməyib.
Keçmiş prezident Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button