DünyaManşet

Saakaşvili: “Oktyabrın 3-də Tbilisidə olacağam”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətindədir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşdığı növbəti videoda deyib.
M.Saakaşvili bildirib ki, Tbilisidə seçkilərin nəticələrini müdafiə edəcək: “Oktyabrın 3-də səhər bütün Gürcüstandan Tbilisiyə gedəcəyik. Mən avtomobil karvanının birinə qoşulacam. Xahişim budur – bu cür karvanlar çoxsaylı olsun ki, məni saxlaya bilməsinlər”.
10.21
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində ölkəsində olduğunu təsdiq edən video paylaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, videoda Batumi şəhəri əks olunub.
“Bu, mənim Batumimdir… Həyatımla risk edib buraya gəldim”, – o yazıb.
M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button