Dünya

Səudiyyə Ərəbistanı və Küveytdən sonra BƏƏ də Livandakı səfirini geri çağırıb

Səudiyyə Ərəbistanı və Küveytdən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Livandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
“Report” xəbər verir ki, WAM agentliyi BƏƏ Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Həmçinin Əbu-Dabi vətəndaşlarının Livana səfərinə qadağa qoyulduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 29-da Səudiyyə Ərəbistanı məsləhətləşmələr üçün Livandakı səfirini geri çağırıb və Livan səfirinin ölkəni tərk etməsini tələb edib. Oktyabrın 30-da isə Küveyt Xarici İşlər Nazirliyi öz səfirini Beyrutdan geri çağırıb.
“Associated Press”in məlumatına görə, Bəhreyn də Livan səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Livanın informasiya naziri Corc Kardahi Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki hərəkətlərini təcavüz adlandırandan sonra ərəb ölkələri səfirlərini geüri çağırıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button