Cəmiyyət

Şəmkirdə avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Şəmkir şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhər, 7-ci küçə ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini, B.Namazovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil F.Quliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub. Qəza nəticəsində avtomobillərin birində olan bir ailənin 3 üzvü xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
21:35
Şəmkir şəhərində yol avtomobil qəzası olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin 7-ci küçə adlanan ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button