Siyasət

Səfir: “İsrail-Azərbaycan münasibətləri çox sınaqlardan keçib”

“Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbirlər silsiləsinin başlanğıcındayıq. 1991-ci ildə dekabr ayında İsrail Azərbaycanın müstəqilliyini tanıyıb”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri 30 ildən artıq bir irsə əsaslanır.

Diplomat bildirib ki, Azərbaycan 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icmasına ev sahibliyi edir.

“İsraildə də azərbaycanlı yəhudi icması var. Onlar Azərbaycanla sıx əlaqələr saxlayaraq ölkələrimiz arasında körpü yaradırlar. Bu körpü yüz illər öncə qurulub. Biz 30 il ərzində İsrail və Azərbaycan arasında strateji əməkdaşlıq qura bilmişik və bunu yüksək dəyərləndiririk. Bizim münasibətlərimiz çox sınaqlardan keçib, xüsusən də son iki il ərzində…”, – səfir vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button