Cəmiyyət

Səfir: “Aİ ölkənin benefisiarların uğurundan məmnundur”

“Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq uzunmüddətli tarixə malikdir”.
İstiqlal.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” adlı sərginin bağlanış mərasimində deyib. P.Mixalko bildirib ki, bu sərgi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər müxtəlif yönümlü olduğunu nümayiş etdirməyə kömək edib: “Bütün bunlar Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə uğurlu tərəfdaşlığımızın nəticəsidir. Avropa İttifaqı və Üzv Dövlətlər benefisiarların uğuruna və bütövlükdə ölkənin inkişafına töhfə verə bildiklərindən çox məmnundurlar və bununla qürur duyurlar”.

Qeyd edək ki, 23 sentyabr tarixində ictimaiyyətə açıq eland edilmiş sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycanda göstərdiyi yardım və tədbirlər barədə məlumatlandırmanı artırmaq idi.

Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr, müxtəlif mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.

“Avropa İttifaqı Azərbaycan üçün” adlı sərgi cari ilin 25 oktyabr tarixinə kimi davam edəcək. Sərgi Bakı Bulvarında “Park Bulvar” TM-nin yaxınlığında açıq havada yerləşən şəkil qalereyasında keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button