Dünya

Səudiyyə Ərəbistanında 81 nəfər edam edilib

Səudiyyə Ərəbistanının üç cinayət məhkəməsinin terrorçuluq, qətl, silah qaçaqmalçılığı və günahsız insanlara işgəncə ittihamları ilə təqsirli bildiyi 81 nəfər edam olunub. Onların İŞİD, “Əl-Qaidə” terror təşkilatlarının üzvləri və husi qiyamçıları olduqları qeyd edilib.

Qaynarinfo rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi edam olunan şəxslərin arasında krallığın vətəndaşları, həmçinin əcnəbilər, xüsusən yəmənlilər olduğunu bildirib.

Səudiyyə Ərəbistanının Ali Məhkəməsi təsdiq etdikdən sonra məhkəmələrin çıxardıqları ölüm hökmü icra olunub. Terrorçularla yanaşı, ağır cinayətlər törətmiş şəxslər də edam ediliblər. Onlardan biri öz valideynlərini qətlə yetirməkdə təqsirli bilinib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button