Dünya

Səudiyyə Ərəbistanı İƏT üzvlərinə çağırış edib

Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvlərinə Əfqanıstanda artan humanitar böhranla bağlı fövqəladə iclas çağırmaq üçün müraciət edib.

TOLOnews-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı rəsmiləri milyonlarla əfqanın bu qış artan humanitar böhranla üzləşdiyini və köməyə və yardıma ciddi ehtiyac duyduqlarını gündəmə gətirib.

Müraciətdə qeyd edilir ki, Əfqanıstanda humanitar böhran dərinləşməyə və pisləşməyə davam edərsə, sülhün pozulmasını milli və qlobal qeyri-sabitliyi gözləyir: “Səudiyyə Ərəbistanı Krallığı İslam Sammitinin Sədri kimi və İƏT-in Əfqanıstan üzrə müvafiq qərarlarına uyğun olaraq,  İƏT-i ölkədəki humanitar vəziyyəti və təcili həll yollarını müzakirə etmək üçün Fövqəladə Nazirlər Toplantısı çağırmağa dəvət edir”.

Əfqanıstanda artan humanitar narahatlıqların qarşısını almaq, regional və beynəlxalq sülhü təmin etmək üçün Səudiyyə Ərəbistanı üzv dövlətlərin və beynəlxalq təşkilatların sözügedən toplantıya qoşulmağa israr edib.

Bu arada Pakistan görüşün dekabrın 17-də paytaxtı İslamabadda keçirilməsini təklif edib. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi deyib ki, onlar  2021-ci il dekabrın 17-də İslamabadda keçiriləcək iclasa ev sahibliyi etməyi təklif edib: “Əminik ki, İƏT-ə üzv dövlətlər bu təklifi dəstəkləyəcəklər”.

Xatırladaq ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkə əhalisi  humanitar böhran və tam iqtisadi çöküş şəklində ağır zərbə ilə üz-üzədir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button