İqtisadiyyat

Sərvətini ən çox artıran Rusiya milyarderlərinin reytinqi açıqlanıb

“Forbes” jurnalı 2020-ci ildə aktiv satışlardan və ya dividendlərdən əldə etdikləri gəlirə görə Rusiya milyarderlərinin reytinqini dərc edib.
“APA-Economics”in “Forbes”a istinadən verdiyi məlumata görə, reytinqə “Severstal”ın əsas sahibi Aleksey Mordaşov başçılıq edir. Onun və ailəsinin gəlirləri keçən il təxminən 25% artaraq 1,7 mlrd. ABŞ dollarına çatıb.
Reytinqin ilk üçlüyündə gəlirləri 1,48 mlrd. dollar olan NLMK qrupunun İdarə Heyətinin sədri və əsas səhmdarı Vladimir Lisin və gəlirləri 1,43 mlrd. dollar təşkil edən “USM Holdings”in rəhbəri Əlişir Usmanov daxil olub.
İlk beşliyi “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov (1,14 mlrd. dollar) və senator Süleyman Kərimov və ailəsi (922 mln. dollar) qapadır.
2020-ci ildə ən çox gəlir əldə edən milyarderlər siyahısında “Nornikel” mədən-metallurgiya şirkətinin rəhbəri və benefisiarı Vladimir Potanin (897 mln. dollar), Andrey Skoç və ailəsi (875 mln. dollar), Viktor Raşnikov (828 mln. dollar), Gennadi Timçenko (788 mln. dollar) və Roman Abramoviç (645 mln. dollar) də yer alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button