İdman

Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşdi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə “Champions Chess Tour” onlayn seriyasının ilk mərhələsinin – “Oslo Esports Cup” turnirinin iştirakçıları müəyyənləşib.

Qol.az xəbər verir ki, beləliklə, yarışda mübarizə aparacaq Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun rəqiblərinin adına aydınlıq gəlib. Məmmədyarovdan başqa Karlsenlə, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Le Kuanq Lye (Çin), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.

Qeyd edək ki, “Oslo Esports Cup” aprelin 22-sində başlayacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollardır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button