İdman

Şəhriyar Məmmədyarovun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” turnirindəki rəqibləri bəlli olub.

“Report”un məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək yarışda ümumilikdə 10 qrossmeyster iştirak edəcək. Turnirdə Məmmədyarovla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) qüvvəsini sınayacaq.

4 – 14 mayda dairəvi sistemlə keçiriləcək turnirin ümumi mükafat fondu 350 000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button