İdman

Şəhriyar Məmmədyarov “Tata Steel Chess” turnirini ikinci pillədə başa vurub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində sonuncu görüşünü keçirib.

37 yaşlı qrossmeyster XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button