Cəmiyyət

Səhiyyə Nazirliyi: “Vaksinasiya prosesini sürətlə həyata keçirməliyik”

“Hər gün yoluxma sayının artması bizi də narahat edir. Fəsil dəyişərkən artımın olacağını proqnozlaşdırmışdıq”.
“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yoluxma hallarının artmasına ilk səbəb yumşalma tədbirlərinə gedilməsidir: “Həmçinin səbəblərdən biri də kütləviliyin artması və soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanlarda insan çoxluğudur. Ona görə də otağın havasının mütəmadi dəyişdirilməsi mütləqdir. Ofislərdə, iş yerlərində müvafiq qaydalara əməl edilməməsi də yoluxma sayının artımına təsir etmiş olur”.
T.Eyvazov bildirib ki, məktəbə gedən uşaqlar peyvənd olunmayıb: “Yoluxma artan kimi insanlar maska taxmağa önəm verirlər. Vaksinasiya prosesini sürətlə həyata keçirməliyik. Xəstəxanalarda çarpayı yerinin boş olub-olmaması əsas göstəricilərdən biridir. Başqa vaxt qrip epidemiyası zamanı yoluxma sayı əhəmiyyət daşımırdı. Bir müddətdən sonra əsas olaraq xəstəliyi ağır keçirmək məsələsi gündəmdə olacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button